Məktəblilərin yazdığı məktublar sərhədçilərə çatdırılıb | FOTOLAR
Məktəblilərin səmimi duyğularını əks etdirən məktublarda sərhədçilərin Vətən qarşısında yerinə yetirdikləri məsuliyyətli və şərəfli xidmət yüksək qiymətləndirilmiş, onlara göstərdikləri fədakarlığa görə minnətdarlıq ifadə olunub.
Şagirdlər sərhədçilərə möhkəm cansağlığı, xidmətlərində uğurlar arzulamış, dövlət sərhədlərinin mühafizə və müdafiəsində daim ayıq-sayıq olmalarını arzu ediblər.
Uşaqların yazdığı səmimi fikirlər, çəkdikləri rəsmlər və xoş arzular hərbi qulluqçular tərəfindən böyük maraq və sevgi ilə qarşılanıb.
Sərhədçilər də öz növbələrində məktəblilərin səmimi sözlərinə görə təşəkkürlərini bildirmiş, bu cür diqqət və qayğının onları dövlət sərhədlərinin etibarlı mühafizəsi və müdafiəsində daha böyük məsuliyyət və inamla xidmət etməyə ruhlandırdığını qeyd ediblər.
Bu kimi təşəbbüslər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, onların dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsinə və sərhədçilərin fədakar xidmətinin daha dərindən öyrənilməsinə mühüm töhfə verəcək.
https://www.dsx.gov.az/news/2071
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


